Türkiyə 12 şəhidinin qisasını aldı Dünya

Türkiyə 12 şəhidinin qisasını aldı

Suriyanın Raco bölgəsində mülki insanların arasına qarışan terrorçuların atdığı qumbaralar və köməyə gedən "Atak" helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan 12 əsgərin intiqamı alınıb.
Terrorçuların hücum planları PUA-lar vasitəsilə müəyyən edilib. Terrorçuların sayı çox olduğuna görə əraziyə yaxın mövqelərdəki "Bayraqdar" dronları əməliyyata cəlb olunub.
Məlumata görə, helikopterin qəzaya uğramasından sonra dronlarla terrorçulara müdaxilə edilib. PUA-lar lazımı yüksəklikdən aşağı enərək aşkar edilmiş terrorçu mövqelərini bombalayıb və 34 terrorçu məhv edilib.
Türk ordusu kəşfiyyat PUA-larının izlədiyi terrorçuların da qaçmasına izn verməyib. Koordinatları müəyyən edilən terrorçular F-16-ların dəqiq zərbələri ilə zərərsizləşdirilib. Əməliyyat nəticəsində ümumilikdə 70 nəfər terrorçu öldürülüb.
Qeyd edək ki, hərbi mənbələr dronların müdaxiləsi nəticəsində türk ordusuna ağır zərbə vurmaq istəyən terrorçuların planlarının qarşısının alındığını və düşmənin ağır itki verdiyini bildirib.