Daha bir ölkə Rusiyaya qarşı çıxdı Dünya

Daha bir ölkə Rusiyaya qarşı çıxdı

Böyük Britaniyanın baş naziri Tereza Mey ilə Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub. Telefon danışığı zamanı İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücum müzakirə edilib. Tərəflər bu məsələdə Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyi ilə bağlı birgə bəyanat yayıblar. Mey kanadalı həmkarına dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib: "London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq".
Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək: "Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var".