İran İsraili vurmaq üçün Suriyaya raketlər yerləşdirib Dünya

İran İsraili vurmaq üçün Suriyaya raketlər yerləşdirib

İran İsraili vurmaq üçün Suriyaya raketlər yerləşdirirdi, məhz İsrail ordusu da raketlərin yerləşdirildiyi hərbi bazanı vurub. Bu barədə amerikalı səlahiyyətli şəxslər məlumat verib. "NBC Nyus"a danışan amerikalı 3 səlahiyyətli nümayəndə Suriyanın Həma və Hələb şəhərlərindəki hərbi bazalara hücumları İsrailin F-15 döyüş təyyarələrinin təşkil etdiyini deyib. Bu bazaların İranın silah yerləşdirməsindən sonra vurulduğunu deyən ABŞ rəsmiləri İranın iki həftə ərzində sözügedən bazalara zenit raketləri və yüngül silahlar yerləşdirdiyini iddia edib.
Qeyd edək ki, bundan öncə Suriyadakı hərbi obyektlər bombardman edilib. Nəticədə 38 nəfər ölüb. İsrail mətbuatı hücum edilən obyektlərin İrana məxsus olduğunu və hücumu İsrail ordusunun təşkil etdiyini bildirib. İsrail isə bu barədə hər hansı şərh verməyib.