Rusiyanın addımı NATO üçün əsl provokasiyadır Dünya

Rusiyanın addımı NATO üçün əsl provokasiyadır

Rusiyanın S-400 "Triumf" zenit-raket sistemlərinin Türkiyədə yerləşdirilməsi NATO üçün əsl provokasiyadır.
Bu barədə Almaniyanın "Der Şpigel" nəşri məlumat yayıb. Bildirilir ki, alyans Rusiyanın sözügedən sistemlər vasitəsilə F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağından ehtiyat edir:
"Taleyin ironiyasına bax ki, S-400 çoxfunksiyalı qırıcıların əsas düşmənlərindən sayılır. Hansı ki, bu qırıcılar (F-35) yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalının əsasını təşkil edəcək".
Məqalədə bildirilir ki, NATO mütəxəssisləri S-400-lərin Türkiyədə yerləşdirilməsinə olduqca ehtiyatla yanaşırlar. Çünki sözügedən kompleklər Moskvanın Türkiyədəki "gözü" ola bilər.
Müəllif hesab edir ki, S-400 "Triumf" vasitəsilə Rusiya F-35 və digər qırıcılar haqqında geniş məlumat toplaya biləcək.