Makron: “ABŞ-ın hegemonluğuna imkan vermərik” Dünya

Makron: “ABŞ-ın hegemonluğuna imkan vermərik”

Fransa prezidenti G7 zirvəsi zamanı imzalanacaq yekun bəyannamədə ABŞ-ın imzasının olmama ehtimalının yüksək olduğunu deyib. Xarici KİV xəbər verir ki, buna səbəb Vaşinqtonun öz tərəfdaşları ilə gömrük rüsumu və ticarət münasibətlərində razılıq əldə etməməsidir. "Ola bilsin, ABŞ prezidenti təcrid olunmağa qarşı deyil. Və biz də qalan 6 ölkə olaraq yekun bəyannaməni imzalamağa qarşı deyilik".
G7-yə ABŞ-dan savayı Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransa daxildir. "Bu 6 ölkə tarixə söykənən beynəlxalq gücə və nüfuza malikdir"-deyə Makron "Twitter"də yazıb. O, tək ölkənin dünya iqtisadiyyatının hegemonuna çevrilməsinə icazə verməyəcəklərini deyib. "G7-nin 6 ölkəsi ABŞ-dan daha böyük bazarı əhatə edir. Düzgün təşkilatlansaq, tək ölkənin dünya hegemonluğuna imkan vermərik. Biz bunu istəmirik". Avropa Birliyi və ABŞ arasında narazılıq iyunun 1-dən Trampın Birlik ölkələrindən ixrac edilən polad və alüminium məhsullarına vergini artırması ilə bağlıdır.