İqtisadi müharibə davam edir Dünya

İqtisadi müharibə davam edir

Çin və ABŞ arasında iqtisadi müharibənin davam etdiyi bir zamanda Çindən ABŞ tərəfinə yenə ittiham irəli sürülüb. "Sinxua" agentliyi xəbər verir ki, Çin ABŞ-ı sərbəst ticarətə maneə törətməkdə və bu sahədə hegemoniya təbliğ etməkdə ittiham edib. Çinin ABŞ-la ticarət mövzusunda hazırladığı hesabatda hər iki tərəfin fərqli iqtisadi inkişaf səviyyələrində olduğu qeyd edilib. Buna görə də iki ölkə arasında əlaqələrin stabilliyinin böyük önəm daşıdığı bildirilib.
Hesabatda hər iki tərəfin maneələrin aradan qaldırılması və əlaqələrin inkişaf etdirilməsi üçün böyük səylər göstərib. Lakin rəsmi Pekinin bəyanatına görə hazırki ABŞ administrasiyası "unilitarianizm, proteksionizm və iqtisadi hegemoniya təbliğ edir". "İki tərəf arasındakı iqtisadi və ticari gərginlik qısa müddətdə daha da artaraq iki hökumət və iki xalqın böyük səyi nəticəsində illərlə inkişaf etmiş iqtisadi və ticarət əlaqələrinə ciddi zərər vurub" – hesabatda vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Çin arasında yaranmış rüsum gərginliyi məsələsinə birinci tərəfindən biri də əlavə olunub. ABŞ 200 milyard dollar dəyərindəki Çin mallarına əlavə rüsum tətbiq edib. Bu hadisənin danışıqlar prosesi zamanı baş verməsi çin tərəfini danışıqlardan imtina etməyə vadar edib.