ABŞ-dan İrana xəbərdarlıq Dünya

ABŞ-dan İrana xəbərdarlıq

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Amerika İraqdakı diplomatik personalın yerini müvəqqəti dəyişib. O, bunu İran İslam İnqilab Qvardiyası və onunla müttəfiq olan yaraqlıların artmaqda olan təhlükəsi ilə izah edib. Yazılı bəyanatda Pompeo bildirib ki, "artmaqda olan spesifik təhlükəyə görə mən personalımız və obyektlərimizin hücumlardan qorunması məqsədi ilə müvəqqəti yerlərə köçürülməsinə götəriş vermişəm".
Pompeo İrana ABŞ-ın regiondakı diplomatik obyektlərinə hücum etməmək barədə xəbərdalıq verib. "Mən İran hökumətinə İraqda amerikalılara və hər hansı bir diplomatik obyektə qarşı hər bir ziyana görə İranın məsul tutulacağı barədə xəbərdarlıq verirəm. Bu, istər İran qüvvvələri və ya onun səlahiyyəti ilə davranan döyüşçülər olsun",- Pompeo əlavə edib. Dövlət katibinin xəbərdarlığı bu həftə Konqresin İranın İraqdakı mövcudluğu məsələsi ilə bağlı dinləmələr vaxtına təsadüf edir.
ABŞ qanunvericiləri və bəzi ekspertlərin fikrincə, İraq may ayında ümumilli seçkilər yolu ilə yeni hökumətin təşkilinə çalışdığı bir vaxt İran və onun şiə müttəfiqləri yeni hökumətə nüfuz etməklə yanaşı, ABŞ-ın təmin etdiyi hərbi avadanlığa da çıxış əldə edə bilər. "İranın dəstəklədiyi terrorçudan siyasətçiyə çevrilənlər İraq və Suriyada Amerika və onun müttəfiqlərinə ciddi hədə təşkil edir" - deyə, respubliakaçı konqresmen Ted Po bildirib. O deyib ki, biz heç nə etmirik, İran isə əlindən gələni edir. Konqresmen Bağdad üzərində nüfuzunu artıran İrana qarşı həlledici ölçülər götürülməsinin vacibliyini vurğulayıb.
Vaşqintonda yerləşən Hadson İnstitutundan təhlilçi Maykl Precent Ponun narahatlılarına səs verib. O, qanunvericilər qarşısında deyib ki, İranın İraq üzərində təsiri presedentsizdir. ABŞ-ın Səudiyyə Ərəbistanındakı sabiq səfiri Barbara Lif hesab edir ki, İranın İraqda nüfuzunun artmsında Vaşinqtonun o ölkə ilə narazılığı qismən rol oynayır. ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasında bütün ölkələri İranın təcrid edilməsi çağırışından sonra BMT Təhlükəsizlik Şurasındakı çıxışında da Tehranın tənqidini davam etdirib.
Tramp çıxışda deyib ki, İran özünün "ballistik raket proqramı üçün həssas materialların qanunsuz əldə olunmasını davam etdirir və bu raketləri Yaxın Şərq boyunca yayır: "Bu rejim dünyada terrorun aparıcı sponsorudur və region boyunca, habelə ondan uzaqlarda münaqişələri qızışdırır". Təhlilçilər hesab edir ki, İnqilab Qvarduyasına sanksiyalar tətbiq etməklə, İran agentlərinin İraq hökumətinə nüfuz etməsinin qarşısı alına bilər.