Qaşıqçı onu öldürməyə gələn dəstənin üzvü olub Dünya

Qaşıqçı onu öldürməyə gələn dəstənin üzvü olub

Qaşıqçı olayı beynəlxalq əməliyyatdır. Burada məqsəd Səudiyyə Ərəbistanının sərvətlərinin ələ keçirilməsidir.
Bu sözləri türkiyəli professor Emin Gürsəs deyib. Professor maraqlı iddia ilə çıxış edərək bildirib ki, Qaşıqçı da onu öldürüməyə gələn 15 nəfərlik dəstənin keçmiş üzvü olub:
"Bir həftədir ki, bunun Səudiyyəyə qarşı əməliyyat olduğunu deyirik".
Professor bildirib ki, Qaşıqçının öldürülməsində Səudiyyə vəliəhdi Məhəmmmədin bin Salmanın əli yoxdur:
"Bir vaxtlar Səudiyyə hakimiyyəti ABŞ-dakı hesabda 850 milyard dollarlıq maliyyənin geri götürüləcəyini bildirib, Vaşinqtonu təhdid etmişdi. Elə bu açıqlama onların sonunu gətirdi. İngiltərə də səssiz dayanır. Onların hamısı bu işdən xəbərdardır. Pul məsələsidir. Türkiyəyə buradan nə düşər, bilmirəm".
Xatırladaq ki, jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.