“Vahid Avpopa Ordusu”: Merkel Makronun tərəfini tutdu Dünya

“Vahid Avpopa Ordusu”: Merkel Makronun tərəfini tutdu

Almaniyanın baş naziri Angela Merkel fransalı həmkarı Emmanuel Makronun Vahid Avropa Ordusu ideyasına dəstək verib. Avropa Parlamentində çıxış edən kansler bu ordunun NATO əleyhinə olmadığını, AB ölkələrinin ortaq mənfəət və dəyərləri daha yaxşı müdafiə edə bilmələri üçün lazımlılığını qeyd edib: "Bir gün həqiqi Avropa ordusu qurmaq fikri üzərində ciddi fikirləşməliyik. Bu ordu NATO-nun tərkibində fəaliyyət göstərəcək".
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. Rusiya prezidenti Vladimir Putin indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib. ABŞ prezidenti Donald Tramp isə bu təklifə nəinki mənfi yanaşıb, hətta Emmanuel Makrona qəzəblənib də: "Makron Avropanı ABŞ, Çin və Rusiyadan qorumaq üçün ordu yaratmağı təklif edir. Birinci və İkinci dünya müharibələrində Almaniya döyüşüb. Bu, Fransa üçün nə ilə nəticələndi? ABŞ gələnədək Parisdə alman dilini öyrənməyə başladılar. NATO-ya görə ya pul ödəyin, ya da yox!".