Strasburq terrorçusunun kimliyi məlum olub Dünya

Strasburq terrorçusunun kimliyi məlum olub

Strasburqda yeni il yarmarkasında insanlara atəş açan şəxsin kimliyi məlum olub. Onun 29 yaşlı Srtasburq doğumlusu Şərif .Ş. olduğu bildirilir. Tass.ru agentliyi xəbər verir ki, onun barəsində məlumatlar daxili təhlükəsizlik idarəsinin kartotekasında tapılıb. Belə ki, Şəərif.Ş. adlı şəxs dövlətin təhlükəsizliyinə xələl vura biləcək radikal islamçı terrorçuların və cinayətkarların siyahısında yer almaqdadır. Onun daha öncə Fransada və Almaniyada cinayət əməlləri törətdiyinə görə cavabdehlik daşıdığı qeyd olunur.
Polisin məlumatına görə, onu bir neçə gün öncə sui-qəsd və oğurluq ittihamı ilə həbs etməliydilər. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Lakin əməliyyat zamanı Şərifin özü evdə olmayıb. BFMTV isə xəbər verir ki, axtarış zamanı onun evində əl qumbarası aşkarlanıb. Franse Info radiostansiyası isə məlumat verir ki, şübhəli şəxs taksi qaçıraraq, hadisə yerindən qaçmağa nail olub. Taksi sürücüsü isə xəsarət almayıb. O, polisə bildirib ki, cinayətkar yaralı olub. AFR-in isə xəbərinə görə, şübhəli şəxs hərbçilərlə atışma zamanı güllə yarası alıb. Artıq, Fransa mətbuatı prezident Makronun Strasburqa gedərək, terror nəticəsində ölənlərin ailələrinə başsağlığı verdiyini də yazıb.
Qeyd edək ki, dekabrın 11-də cinayətkar odlu silahdan atəş açaraq, Strasburqun mərkəzində qurulan yeni il yarmarkasını atəşə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir. Onlardan 6-nın vəziyyətinin ağır olduğu deyilir. Bangkok Post isə yazır ki, ölənlər arasında Tailand vətəndaşı da olub. ANSA xəbər agentliyi yaralananlar arasında italyan jurnalistin olduğunu qeyd edir.
Məlumatlara görə, polis terrorçu cinayətkarı həbs edə bilməyib. Le Progres bununla bağlı yazır ki, atışma şəhərin 3 nöqtəsində baş verib. Qəzetin yazdığına görə, atəş səsləri Qrand-Arkad və Dominiken küələrinin kəsişməsindən, eləcə də Orfevr və Savon küçələrindən gəlib. Artıq Fransa hakimiyyəti bu hadisəni rəsmən terror kimi qiymətləndirib.