Kim Çin İn nüvə silahından imtina etməyəcək Dünya

Kim Çin İn nüvə silahından imtina etməyəcək

Şimali Koreya lideri Kim Çen İn üçün əsas məqsədi odur ki, ölkəsinə qarşı tətbiq edilən sanksiyaların təsirindən çıxsın. Bunun üçün nüvə təcrübəsi ilə bağlı lazımsız, köhnə obyektləri ləğv edir. Ancaq ondan tam tələb edilir ki, nüvə silahından və onun hazırlanmasından imtina etsin. Hesab edirəm ki, Kim Çin İn nüvə silahından tamam imtina etmək niyyətində deyil.
Bu fikirləri Kem Çin İn-Donald Tramp görüşünü şərh edən politoloq Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, əvvəl nüvə obyektləri ləğv olunmalı, daha sonra Şimali Koreyaya tətbiq edilən sanksiya aradan qaldırılmalıdır: "Fikrimcə, sanksiyalar hələ davam edəcək. Sözsüz ki, Vyetnam görüşündən hər iki tərəf piar-təbliğat üçün divident götürməyə çalışacaq. Nəzərə alın ki, hazırda ABŞ daxilində Trampın vəziyyəti ürəkaçan deyil. İnanmıram yaxın vaxtda ABŞ və Şimali Koreya danışıqlar masasında otursun. Zənnimcə, vəziyyət olduğu kimi qalacaq. Baş verənlər göstərir ki, Vyetnam görüşündə tərəflər arasında razılıq əldə olunmayıb".
Rasim Musabəyov bildirib ki, indi dünyanın əsas diqqəti Vyetnama yox, Pakistan və Hindistan arasında müşahidə edilən hərbi gərginliyə yönəlib. Onun sözlərinə görə, bu gərginlik kifayət qədər ciddidir: "Ola bilər ki, tərəflər arasında gərginlik silahlı fazaya keçsin. Bu qorxunc silahlardan istifadəni yaxınlaşdırar. Mən nüvə silahını nəzərdə tuturam..."
Qeyd edək ki, Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında aparılan danışıqlardan sonra nəzərdə tutulan birgə nahar son anda ləğv edilib. Hətta danışıqların nəzərdə tutulduğu vaxtdan tez başa çatəb. Ağ Ev bəyan edib ki, Tramp və Kim Çen heç bir razılaşma əldə etməyib. Tərəflər arasında bir gün əvvəl anonsu verilən birgə bəyanatın imzalanması da mümkün olmayıb.