İran Suriyada “Tehran-Moskva işbirliyinin” sona çatdığından danışır Dünya

İran Suriyada “Tehran-Moskva işbirliyinin” sona çatdığından danışır

"Moskva Ankaranı da Suriya teatrından sıxışdırmağa başlayıb"
Fikir var ki, Rusiyanın hər halda Əsəd rejiminə qarşı müxalifətin qorunmasına ehtiyacı var – İranın qabağını almaqda nəyinsə olması üçün. Bir ərəb nəşri bu haqda mülahizə yürüdür. Rusiya Türkiyəyə basqı göstərmək üçün Suriyanın hökumət güclərinə İdlibə bomba zərbələri endirmək imkanı verib. Türkiyə Rusiya ilə birlikdə Suriya münaqişəsinin siyasi tənzimlənməsi uğrunda çıxış edir, amma Rusiyaya gərəkdir ki, Türkiyə Moskvaya lazım olan tənzimləmə planını qəbul etsin.
Strateq "Khorasan" (İran) istinadən yazır ki, Səudiyyə Ərəbistanına yaxın "əl-Ərəb"nəşrinin müəllifi Raniyə Mustafa isə hələ qabaqlar yazmışdı: "Əlamətlər var ki, Rusiya Suriyada İran üçün sərilmiş xalça yolu tədricən yığışdırmağa çalışır. Rusiya bu məqsədlə Dəməşqə müxalif, əksinə, Ankaranın əl tutduğu bəzi qruplaşmalarla sülh bağlayıb. Amma eyni zamanda onları Rusiyanın tənzimləmə planını qəbul etməyə məcbur edib – hər şey bunun xatirinədir ki, Suriya Ərəb Respublikasında İranın nüfuzuna qarşı əks-tarazlıq qurulsun".
Moskva və Tehran arasında hələ bu yaxınlaradək sarsılmaz görünən strateji tərəfdaşlıq yavaş-yavaş sona yaxınlaşır – İranın Suriyada mücadilə verən könüllü birləşmələri Rusiyaya daha gərək deyil. Ərəbdilli nəşrin müəllifi öz düşüncələrini davam etdirir – həmçinin indi İranın Suriya hökumət güclərinə yüksək təsiri Moskvanı son dərəcə narahat edir. Və ruslar indi ehtiyat edirlər ki, Suriya ərazisində və Suriya rejiminə İranın güclü təsiri, əldə etmək istədikləri nəticələrə nail olmağa mane olacaq. Rusiyanın SƏR-də İran nüfuzunun məhdudlaşdırılmasında son zamanlar üzə çıxan bu meyl Rusiyanın Suriyadakı faktiki "şəriksiz üstünlüyü"ndən çox narahat olan müxtəlf cür həyəcanlı səslər fonunda meydana çıxır.
Belə səslər özəlliklə də ilk növbədə İsrail tərəfdən gəlir. Göründüyü üzrə, Putin və Netanyahunun bu yaxındakı görüşü bununla bağlı təsadüf görünmür – o, xeyli dərəcədə Moskva və Təl-Əvivin Suriyaya bağlı ziddiyyətlərinin aradan qaldırılmasına həsr edilmişdi. Hər iki tərəf Suriya səmasında hərbi əməliyyatlar haqda növbəti dəfə konsensus əldə etməyə çalışıb – məlum olduğu kimi, bu əməliyyatları Rusiya HKQ və İsrail HHQ aparır. İstisna olunmur ki, İsrail Rusiyadan İranın Suriya ərazisindəki komanda məntəqələri və İran hədəflərinə aid məlumatları əldə etməyə çalışır və Moskvanı belə məlumatları Təl-Əvivlə bölüşməyə inandırmağa hər cür səy göstərir – habelə Rusiyanın maraqları üçün. Bundan savayı, bir çox ərəb dövlətlərinin Dəməşqlə münasibətləri bərpa etməyə "birdən" razılaşdığı təsadüfi görünmür – istisna deyil ki, onlar Moskvadan hansısa siqnallar alıblar ki, Suriyada İranın, eyni zamanda Türkiyənin də nüfuzunun məhdudlaşdırılması üçün tez bir zamanda müəyyən addımlar atılacaq.
Yekunda əlavə etmək lazım gəlir ki, Rusiya İdlibdə rejimə müxalif, Türkiyənin dəstəyindən istifadə edən bəzi qruplaşmalarla anlaşmağa nail olub. Bu qruplaşmalar Suriya teatrında, hər şeydən qabaq, İranın tədricən "sıxışdırılıb çıxarılmasıyla" bağlı gözlənilən geniş siyasi qalaqurma nəzərə alınmaqla Rusiyanın ciddi nəzarəti altında böhranın sonrakı tənzimlənməsinə qatılmalıdırlar.
Lakin Rusiya eyni zamanda Suriya HHQ-ə İdlibdə döyüş əməliyyatları aparmağa icazə verib ki, Türkiyəni İdlibdə əməliyyat aparan qruplaşmaları tezliklə cilovlamağa və "birgə" Rusiya-Türkiyə tənzimləmə planını qəbul etməyə təhrik etsin. Məhz "Rusiya" təyinli belə bir plan birinci yerdə durmalıdır.