

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Baş katibinin müavini, təşkilatın Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) İcraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstanla ESCAP arasında səmərəli əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər Gürcüstanın stratej mövqeyi və tranzit potensialına xüsusi diqqət yetiriblər. Orta Dəhlizin yeni ticarət və investisiya imkanlarının açılması baxımından əhəmiyyəti və Gürcüstanın bu layihə çərçivəsində mühüm rolu vurğulanıb.
Söhbət zamanı Gürcüstanda reallaşdırılan və ölkənin logistika imkanları və tranzit potensialının artırılmasına yönəlmiş iri infrasturktur layihələrinə də toxunulub.