

Netanyahu Misirin kəşfiyyat direktoru ilə Trampın Qəzza planını müzakirə edib
Təmirlə bağlı Azadlıq meydanının qarşısında hərəkət məhdudlaşdırılacaq
Qazaxıstan Prezidenti: Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır
Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana hansı marşrutla aparılacağı məlum olub
Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətləri qurulub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı arasında yeni tərəfdaşlıq gündəliyinin yekunlaşdırılması və təsdiqi məsələlərini müzakirə ediblər.
Hər iki tərəf, xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı sahəsində qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu təşəbbüslərin irəliləməsində Ermənistan və Azərbaycan arasında sülh və avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar əhəmiyyətli rol oynayır.
Eyni zamanda, Mirzoyan və Kallas müasir dövrün hibrid təhdidlərinin aradan qaldırılması mexanizmləri barədə də fikir mübadiləsi aparıblar.