

Təxribatlar dövrü bitdi: köhnə "təriqətlər" tarixə qarışır, saxta sədaqətlər format olunur
Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır
Ankara Şəhər Şurası Azərbaycanın Türkiyədəki səfirliyi ilə əməkdaşlıq edəcək
İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.9 mlrd. dollara çatıb
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə Misir kəşfiyyatının direktoru Həsən Mahmud Rəşad ilə ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının həyata keçirilməsini, həmçinin ikitərəfli münasibətlərin və regionun gücləndirilməsini müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu və onun mütəxəssis komandası Qüdsdəki baş nazirin ofisində Misir kəşfiyyatının rəhbəri ilə görüş keçirib”, - deyə məlumatda qeyd olunub.
Baş nazirin ofisi əlavə edib ki, tərəflər “ABŞ prezidenti Trampın Qəzza zolağında nizamlanma planının irəli sürülməsi, İsrail-Misir münasibətləri və iki ölkə arasında sülhün möhkəmləndirilməsi, eləcə də regional məsələləri müzakirə ediblər”.
Məryəm Quliyeva