29 Oktyabr 13:39
29 Oktyabr 13:22
29 Oktyabr 11:45
21 Oktyabr 2025 13:26
2 121
Fransada İsrail əleyhinə etiraz aksiyalarında iştirak etməsinə görə həbs olunan iranlı tələbə Məhdiyyə İsfəndiyari məhbus mübadiləsi üçün hazırlaşdırılır.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin konsulluq məsələləri üzrə rəsmisi “Tasnim”ə açıqlama verib.
Onun sözlərinə görə, İsfəndiyari Fransa tərəfindən mübadilə kanalına yerləşdirilib.
“Biz siyasi və konsul məsələləri ilə bağlı paket hazırlamışıq və hər iki ölkə (İran, Fransa) bu paketə əməl etməlidir” diplomat bildirib.
Qeyd edək ki, Sesil Kohler və Jak Paris adlı iki Fransa vətəndaşı 2022-ci ildən bəri İranda həbsdə saxlanılır.
29 Oktyabr 22:38
630
29 Oktyabr 22:37
616
29 Oktyabr 22:37
630