KİV: Tramp yaxın müddətdə Ukraynaya "Tomahavk"ların tədarükünü istisna edib Dünya

KİV: Tramp yaxın müddətdə Ukraynaya "Tomahavk"ların tədarükünü istisna edib

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə vurğulayıb ki, Kiyev yaxın müddət ərzində “Tomahavk” raketlərinin Ukraynaya tədarükünü gözləməməlidir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” anonim ABŞ rəsmilərinə istinadən xəbər yayıb.

Onların bildirdiyinə görə, Tramp diplomatiyanı silah tədarükündən daha üstün tutur və ümid edir ki, Ukraynanın “Tomahavk”lara ehtiyacı olmayacaq.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Trampla görüşündən sonra, “Tomahavk”larla bağlı bəyanat verməyəcəyini, Trampın eskalasiya istəmədiyini bildirib.