Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
21 Oktyabr 2025 12:38
1 967
Moskvada tanınmış rejissor və kinooperator Sergey Politik qətlə yetirilib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, o, küçədə bıçaqlanaraq öldürülüb.
Məlum olub ki, ötən şənbə günü 56 yaşlı Politik axşam saatlarında paytaxtın İvanovskoye rayonu Stalevarov küçəsindəki yaşayış binasının yanında siqaret çəkməyə çıxıb. Orada yoldan keçən naməlum şəxslə mübahisə edib. Yoldan keçən şəxs operatora hücum edərək onu bıçaqlayıb. Politik daha sonra xəstəxanada dünyasını dəyişib.
Qətli törədənin 33 yaşlı erməni Armen S. olduğu məlum olub. Faktla bağlı cinayət işi açılıb. Hazırda cinayəti törədən erməninin axtarışı və saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.