Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
18 İyul 2019 14:03
2 135
ABŞ Türkiyənin S-400 almasına 15 iyul çevriliş cəhdinə görə mane ola bilməyib.
Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.
“Özünüzdən soruşun: Ərdoğan niyə bir rus sistemini istəyir? Ona görə ki, hərbi hava qüvvələrinə güvənmir”, – deyə agentliyin mənbəsi deyib.
Agentliyə danışan ABŞ Müdafiə Nazirliyindəki başqa bir mənbə isə Ərdoğanın özünü qorumaq üçün rus sistemi istədiyini təsdiqləyərək, bunun xüsusilə NATO-ya inteqrasiya olmayan bir sistem olduğunu söyləyib.
“Röyter”ə danışan, amma adının çəkilməsini istəməyən Türkiyə hökumətinin rəsmisi isə Ankaranın orduyla bağlı belə fikirlərə sahib olmadığını deyib. O, Türkiyənin başqa bir çevriliş təhdidiylə üz-üzə qalmadığını da vurğulayıb.
Adının çəkilməsini istəməyən başqa bir amerikalı rəsmi isə ABŞ-la Türkiyə nümayəndələri arasında 2018-ci ildə baş tutan görüşlərdən birini xatırladıb. O, Türkiyə nümayəndə heyətinin hava hücumundan müdafiə sistemi almaq barədə danışarkən öz hərbi hava qüvvələrinin ölkənin məruz qaldığı ən böyük təhlükəsizlik təhdidi olduğunu etiraf etdiklərini bildirib.
12 Dekabr 23:14
784
12 Dekabr 22:22
707
12 Dekabr 21:15
973