Ukrayna ordusu Donetskə hücuma keçdi Dünya

Ukrayna ordusu Donetskə hücuma keçdi

Daha bir şəhər rus separatçılardan təmizlənib

Ukrayna anti-terror qüvvələri Donetsk vilayətinin Yasinovataya şəhərini separatçılardan azad ediblər.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzindən məlumat verilib.
"Şəhərin azad edilməsi Donetski şimaldan tutmaq və terrorçulara silah və texnika daşınan əsas kanallardan birini bağlamağa imkan verib. Hazırda şəhərdə terrorçu qruplaşmaların qalıqlarının təmizlənməsi əməliyyatı aparılır", - deyə bildirilib.
Məlumatda həmçinin, qeyd olunub ki, Dmitrovka - Dyakovo yaşayış məntəqələrini birləşdirən yollar hərbçilər bərpa olunub.
Ukraynanın könüllü "Azov" və "Şaxtyorsk" batalyonları Donetskə isə hücuma keçiblər. "Azov" batalyonunun komandiri İqir Mosiyçuk Feysbuk səhifəsində yazıb: "Diqqət! "Azov" və "Şaxtyorsk" batalyonları Donetskin separatçılardan azad edilməsinə başlayıblar. Qardaşlara u?urlar!".
Ukraynanın müdafiə naziri Valeri Qeletey isə ölkəsinin separatçılar üzərində tezliklə qələbə çalacağını deyib. Hazir bildirib ki, Ukrayna hərbi qüvvələri ölkənin şərqində separatçılara qarşı uğurlu mübarizə aparır.
V. Qeletey qələbənin tezliklə əldə olunacağını, ancaq Donetsk və Luqansk şəhərlərinin geri alınmasının o qədər də asan başa gəlməyəcəyini söyləyib. Separatçıların nəzarətindəki ərazilərin get-gedə kiçildiyini vurğulayan nazir bəyan edib ki, Ukrayna qüvvələri Donetsk və Luqansk regionunda 65-dən çox kənd və şəhəri separatçılardan təmizləyib: "Bizim qüvvələrimiz hücum mərhələsindədir. Lakin mən istəyirəm ki, dünya bilsin, Rusiya bunun əvəzini çıxmaq üçün əlindən gələni edir".