“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
11:40
364
Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açmışdır. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarıb, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin edib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib
“2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb. Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkəmizin konstitusiya quruluşu təmin edilib.
Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsinin təcəssümüdür. Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbəi qazanan Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə dərin minnətdarlığını bildirir. Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq və heç zaman unudulmayacaq”, - deyə spiker qeyd edib.
12:24
140
12:15
245
12:08
287