“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
10:38
385
"Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir".
Bu barərə Müdafiə naziri Zakir Həsənovun ADEX-2026 sərgisi iştirakçılarına müraciətində deyilir.
Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarını vurğulayan nazir qeyd edib ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir:
"Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.
6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır.
Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir.
İnanıram ki, sərgi iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacaq, dostluq münasibətlərini möhkəmləndirəcək və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacaqdır. Əminəm ki, ADEX-2026 günlərində aparılacaq müzakirələr ölkələr arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradacaq, müdafiə sahəsinin inkişafına, dünyada dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcək".