14:48
343
Avropa ölkələri Rusiyaya qarşı müharibə aparır, bunda heç bir şübhə yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov "Valday" Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclası çərçivəsində bildirib.
Böyük Britaniyalı jurnalist nazirə Rusiyanın "Avropa ölkələrinə qarşı hibrid, gizli müharibə" aparıb-aparmadığı ilə bağlı sual ünvanlayıb. "Siz Böyük Britaniya və kontinental Avropanın Ukraynaya tədarük etdiyi və sonradan bizə atılan dron və raketləri məhv etməyimizi nəzərdə tutursunuz? Bunu demək istəyirsiniz?" - deyə Lavrov qarşı tərəfə sual verib və jurnalist bu sualı təsdiqləyib.
"Əgər siz sizin silahınızla bizə zərbə endirildiyini və bizim həmin silahları vurduğumuzu etiraf edirsinizsə - bunu necə istəyirsinizsə adlandırın. Lakin bunun Avropanın bizə qarşı apardığı müharibə olması mən də heç bir şübhə doğurmur. Biz bu barədə çoxdan danışmışıq", - deyə Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.
Məryəm Quliyeva