Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb Dünya

Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb

Hörmüz boğazından keçən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

"Yoxlanılmış mənbənin verdiyi məlumata görə, LNG tankerinə mənşəyi məlum olmayan mərmilər dəyib", - deyə UKMTO-nun məlumatında bildirilir.

İdarədən qeyd edirlər ki, hadisə hələ çərşənbə axşamı baş verib. Xəsarət alanlar və ətraf mühitə dəyən zərər barədə məlumat verilmir.

Gəmi heyətlərinə ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub.

Səlahiyyətli orqanlar hadisənin təfərrüatlarını araşdırır.

Məryəm Quliyeva