Pentaqon İsrail şirkəti ilə 150 milyon dollarlıq müqavilə bağlayıb Dünya

Pentaqon İsrail şirkəti ilə 150 milyon dollarlıq müqavilə bağlayıb

İsrailin "Smart Shooter" müdafiə şirkəti kiçik dronlarla mübarizə üçün "SMASH" sistemlərinin tədarükünə dair ABŞ Müdafiə Nazirliyindən 150 milyon dollara qədər məbləğdə müqavilə əldə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Saziş çərçivəsində "Smart Shooter" kiçik PUA-ların yaratdığı təhdidlərə qarşı mübarizə aparmaq üçün ABŞ-də təsis edilmiş "JIATF 401" xüsusi qrupu üçün sistemlərin yeganə tədarükçüsü olacaq. Müqavilə 36 ay müddətinə nəzərdə tutulub və avadanlıqların tədarükünü, təlimlərin keçirilməsini və texniki xidməti əhatə edir.

"SMASH" sistemləri atıcı silahlara quraşdırılan intellektual nişangah kompleksləridir. Onlar hədəflərin vurulma dəqiqliyini artırmaq üçün təsvirin emalı və ballistik hesablamalar alqoritmlərindən istifadə edirlər.

Yeni müqavilə çərçivəsində sistemlər kiçik və yüngül dronlara qarşı mübarizədə tətbiq olunacaq.

Məryəm Quliyeva