Gürcüstan XİN İran səfirini xəbərdar edib Dünya

Gürcüstan XİN İran səfirini xəbərdar edib

Gürcüstan Xarici İşlər Nazirliyi İranın səfiri Seyid Əli Mocatani sosial şəbəkələrdə Çatun (Ketevan) haqqında etdiyi paylaşımlara görə nazirliyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili bildirib.

O qeyd edib ki, iranlı diplomatın paylaşımları diplomatik mandat çərçivəsindən kənara çıxır və Gürcüstandakı ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir.

Xvtisiaşvili vurğulayıb ki, diplomatlar diplomatik münasibətlər normalarına riayət etməli, ev sahibi ölkənin tarixi və daxili işlərini şərh etməkdən çəkinməlidirlər. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və bu kimi halların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Mocatani sosial şəbəkədə Gürcüstan şahbanusu Ketevanın İran səfirliyinin binasının fasadına proyeksiyalanmış təsvirini paylaşaraq, tezliklə bu tarixi şəxsiyyət haqqında ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirmişdi.

Məryəm Quliyeva