“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi aparılacaq
İraq beynəlxalq koalisiya ilə HHM sistemlərinin alınması barədə razılaşıb
İran dialoqu bərpa etmək üçün irəli sürdüyü şərtlərə ABŞ-dən cavab alıb
Pentaqon: İraqda İranpərəst qruplaşmalara qarşı məsuliyyət rəsmi Bağdadın üzərinə düşür
13:08
350
İraq hakimiyyəti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə missiya başa çatdıqdan sonra ölkənin hava hücumundan müdafiə (HHM) sistemi ilə təchiz edilməsi barədə razılığa gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına İraq Nümayəndələr Şurasının (parlamentinin) sədri Heybət əl-Halbusi bəyan edib.
"Koalisiya ilə İraqın hava hücumundan müdafiə sistemi, müasir silahlar və təyyarələrlə təmin olunmasına dair razılıq əldə edilib. Xüsusilə Türkiyə İraqa HHM sistemi satmağa razılıq verib", - deyə əl-Halbusi bildirib.
Spiker vurğulayıb ki, hökumət və parlament beynəlxalq koalisiya ilə strateji əməkdaşlığa bel bağlayır və bu tərəfdaşlıq İraqa effektiv hava hücumundan müdafiə sistemi əldə etməyə imkan verəcək.
Məryəm Quliyeva