Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb Siyasət

Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb

Ümumvətəndaş pasportu olan Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi mühüm hadisədir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, adətən diplomatik və xidməti pasportlardan danışırıq: “Azərbaycan vətəndaşları 90-a yaxın ölkəyə diplomatik və xidməti pasportla, 23 ölkəyə isə ümumvətəndaş pasportu ilə sərbəst gedib-gələ bilir. Bu rəqəmin artmasının yaxın vaxtlarda yenə şahidi olacağıq. Artıq Azərbaycanın nüfuzu, rolu, təsiri və imkanları çox fərqli səviyyədədir”.