“Vaşinqton hərbi gücdən istifadə edərsə…” Gündəm

“Vaşinqton hərbi gücdən istifadə edərsə…”

“Kubaya mümkün ABŞ müdaxiləsi təkcə regional təhlükəsizlik problemi deyil, böyük güclərin təsir dairələri prinsipinin yenidən legitimləşməsi riskini yarada bilər”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Politoloq diqqətə çatdırıb ki, Vaşinqton Qərb yarımkürəsində təhlükəsizlik maraqlarını əsas gətirərək hərbi gücdən istifadə edərsə, Rusiya və Çin də öz yaxın coğrafiyalarında analoji arqumentlərdən istifadə etməyə çalışa bilər; Pekin artıq BMT tribunasından Kuba məsələsində suverenliyə hörmət və təzyiqlərin dayandırılması mövqeyini səsləndirib: “Belə presedent beynəlxalq münasibətlərdə universal qaydalardan çox, böyük dövlətlərin regional üstünlük və “təsir zonası” məntiqini gücləndirə bilər. Üstəlik, ABŞ-nin Kubaya dair hərbi planlaşdırması barədə məlumatlar olsa da, hazırda açıq mənbələrdə müdaxilə qərarının verildiyi təsdiqlənmir və Prezident Tramp son açıqlamasında hərbi gücə ehtiyac qalmadan razılaşmanın mümkün olduğunu bildirib”.

Röya İsrafilova