İsrail KİV: Dubay-Təl-Əviv reysində terror şübhəsi, uçuşlar dayandırılır Dünya

İsrail KİV: Dubay-Təl-Əviv reysində terror şübhəsi, uçuşlar dayandırılır

Dubaydan Təl-Əvivə uçan ikinci reys havada geri dönərək Dubaya qayıdıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin "N12" nəşri məlumat verib.

Əvvəllər "Flydubai" şirkətinə məxsus Dubaydan Təl-Əvivə uçan "Boeing 737 MAX" təyyarəsi göyərtəsində baş verən fövqəladə hadisə səbəbindən Səudiyyə Ərəbistanında təcili eniş etmişdi. İlkin versiyaya görə, pilotlardan biri bıçaqla həmkarına hücum edib, bundan sonra hava gəmisi enməyə başlayıb. İsrail hakimiyyəti terror aktına cəhd versiyasını nəzərdən keçirir.

Məryəm Quliyeva