30 Sentyabr 15:54
1 547
Sentyabrın 30-da İrlandiya üzrə 18 minə yaxın ev və müəssisə güclü külək və yağış səbəbindən elektrik enerjisiz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RTE məlumat yayıb.
"ESB Networks" şirkəti əlverişsiz hava şəraitinin, əsasən ölkənin cənub və cənub-qərbində kütləvi kəsintilərə səbəb olmasından sonra elektrik təchizatının bərpası istiqamətində iş apardığını bildirib.
Daha sonra meteoroloqlar yeni güclü leysan və ildırımlar səbəbindən sürücülərə lokal daşqınlar, çətin hərəkət şəraiti və məhdud görünüş ehtimalı barədə yenidən xəbərdarlıq ediblər.
Məryəm Quliyeva
14 Noyabr 13:41
994
14 Noyabr 13:38
952
14 Noyabr 13:33
959