“Moskva Ermənistan hakimiyyətinin göz yaşlarına inanmır” Dünya

“Moskva Ermənistan hakimiyyətinin göz yaşlarına inanmır”

“Rusiya Avropa İnkişaf Hüququ partiyasının lideri Vitali Şişkinə siyasi sığınacaq verilməsi məsələsi Ermənistan-Rusiya münasibətləri çərçivəsində mövcud olan problemlərlə bağlı müzakirələrin aparılması üçün yeni bir fürsətdir”.
Erməni KİV-ləri xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Aram Armatuni qeyd edib.
Onun sözlərinə görə, məxməri inqilabdan bəri bu müzakirələr davam edir və bunun səbəbləri qaçılmazdır, yaxud buna istək var və belə vəziyyətdə klassiklərdən birinin dediyi kimi “səbəb həmişə tapılacaq”.
Ermənistan Miqrasiya Xidməti bəyan edib ki, Ermənistanda siyasi sığınacaq haqqında qanun tətbiq edilməyib və konkret şəxslər haqqında ətraflı məlumat verilməsi isə şəxsi məlumatların məxfiliyinə dair qanunvericiliyin pozulması deməkdir, bunu isə Ermənistan edə bilməz.
“Şişkinlə bağlı nə baş verdiyi məlum olmadığı halda, bunu Ermənistan-Rusiya münasibətləri sahəsindən çıxartsaq, o qədər də vacib məsələ deyil. Aydındır ki, əsas məsələ həmin sahədə nələrin baş verməsidir. Burada məsələni yəqin ki, iki hissəyə bölmək olar. Yeni hökumət Ermənistan-Rusiya münasibətlərinin normal inkişaf etdiyini və heç bir problem olmadığına əmin edir. Lakin keçmiş hakimiyyət ətrafındakı ekspert dairələrinin iddia etdiyinə görə, böyük bir problem və etimadsızlıq mövcuddur. O cümlədən, Şişkin məsələsi bu problemin nümunələrindən biridir. Bu həqiqətin ortada olduğu və olduqca obyektiv bir məsələdir”, - deyə Armatuni bildirib.
Armatuninin sözlərinə görə, inqilabdan sonra erməni-rus münasibətlərinin öz axarında və keçmişdəki kimi olmadığı aydın görünür.
“Digər tərəfdən də olduğu kimi qalması də mümkün deyil, çünki Ermənistanda dəyişikliklər də baş verir. Təbii ki, bu dəyişikliklər erməni-rus münasibətlərinə yenidən baxılmasına gətirib çıxardacaq. İndiyədək bu münasibət Ermənistanın birtərəfli gözləmə rejimində həyata keçirilib. Digər tərəfdən şübhəsizdir ki, Rusiya istənilən halda münasibətlərin keçmiş formasından və strukturundan asanlıqla imtina etməyəcək. Aydın desək, Rusiya sahib olduğundan imtina etməyə və yenidən formalaşma üsulları ilə asanlıqla barışmayacaq. Bundan başqa bu rejimi təyin edən rus dairələri rus mövqelərini təmin etməklə konkret olaraq, Kreml qarşısında, o cümlədən Azərbaycan və Türkiyə qarşısında iqtisadi və siyasi faydalar əldə ediblər. Bu münasibət illərlə formalaşmaqla 2013-2016-cı illərdəki ən təhlükəli zirvəsinə çatıb”, - deyə erməni ekspert qeyd edib.
Armatuni bildirib ki, Ermənistandakı dəyişikliklər hətta daxili siyasət üçün vacib olan erməni-rus münasibətlərini belə dəyişməyə, bərabərləşdirməyə dövlətlərarası münasibətlər səviyyəsinə çatdırmağa üstünlük verir. Lakin bu dəyişikliklərə obyektiv zərurət olduğu və qaçınılmaz olduğu bir şəraitdə Rusiyaya dəstək verən keçmiş hakimiyyət nümayəndələrinin simasında indiki hakimiyyətə qarşı mürəkkəb və çoxtəbəqəli problemlərlə əhatə edilmiş mühit formalaşıb.
“Ermənistan bu mürəkkəb mühitdən keçməyə bilər. Belə bir hal mümkündür, bu cür olduğu təqdirdə Ermənistan dəyişiklik və müasirləşdirmə üzrə tam yolu keçə bilməz. Burada hər bir şey rus müqaviməti baxımından tam deyil, ona görə ki, Rusiyanın da ciddi problemləri mövcuddur”, - deyə siyasi şərhçi vurğulayıb.
Erməni ekspert düşünür ki, Rusiya siyasi rəhbərliyinin hakimiyyət, səmərəli idarəetmə, sabit xarici siyasət mühitinin qorunması kimi problemləri mövcuddur və bütün bunlar azalan resurslar və səmərəsiz idarəetmə sistemi şəraitində baş verir.
“Bu vəziyyət yumşaq desək, Ermənistanda baş verənlərə qarşı rus münasibətinin müqayisəsini ortaya qoyur. Bu, Rusiyanı hegemonluğundan və dəyərlərindən məhrum edir. Reallıqda məhz bu məqam Ermənistanın keçmiş hakimiyyət sisteminə dəstək verən bir sıra dairələrdə və onların rus tərəfdaşlarında, yaxud müttəfiqləri sırasında Moskvada Ermənistana qarşı etimadsızlıq yaradılması üzrə fasiləsiz səy göstərilməsinə davam etməsinə əsas verir. Bu o deməkdir ki, bu səylərin nəticəsi çox da birmənalı deyil və Moskva göz yaşlarına inamır”, - deyə Armatuni sözlərini yekunlaşdırıb.