İran və Rusiya SWIFT-siz əlaqəyə başlayır Dünya

İran və Rusiya SWIFT-siz əlaqəyə başlayır

İran və Rusiyanın milli sistemləri arasında SWIFT-dən istifadə etmədən maliyyə hesablaşmaları həyata keçirmək üçün əlaqə yaradılıb.
Bunu İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Həmmati deyib.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar SWIFT sistemi İran üçün söndürülüb. AB İranla ticarət əlaqələrinin saxlanılması üçün alternativ sistemin yaradılması üçün çalışsa da, heç bir uğur əldə edə bilməyib.