27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
19 Sentyabr 2019 13:09
1 554
İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətində 4 baldan yuxarı zəlzələlər baş verib.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində, Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.
27 Dekabr 17:25
1 862
27 Dekabr 16:15
1 932
27 Dekabr 14:48
1 848