Rusiyada pələng ovçunu parçalayıb Dünya

Rusiyada pələng ovçunu parçalayıb

Rusiyada pələng ovçunu parçalayıb.
Hadisə Xabarovsk vilayətində baş verib.
"Amur pələngi" Mərkəzinin baş direktoru Sergey Aramilev hadisəni təsdiq edərək təfərrüatları açıqlayıb.
Onun sözlərinə görə, iki nəfər təsadüfən pələng şikarını yeyən zaman həmin yerə çıxıb. Bu vaxt pələng onlardan birinə hücum edib. Digər şəxs əlinədəki tüfənglə pələngi öldürüb.
Mərkəz rəsmisinin sözlərinə görə, hadisə ilə bağlı digər detallar araşdırlır.