İngilislər separatçılarla danışığa başlayır Dünya

İngilislər separatçılarla danışığa başlayır

Böyük Britaniya parlamentinin deputatı Con Uitinqdeylin rəhbərliyi altında Ermənistan-Britaniya dostluq qrupunun üzvləri Xankəndinə səfər edəcəklər. Bu açıqlama ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəkit separatçı rejimin "parlamentinin spikeri" Aşot Qulyan çıxış edib. Qulyan tərəflər arasında görüşün "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı daimi nümayəndəliyində keçirildiyini bildirib. "Biz onlarla yenidən görüşdük. Görüşdə mənim tərəfimdən Dağlıq Qarabağın konfliktdə mütləq tərəf kimi danışıqlara qəbul edilməsinin vacibliyi vurğulandı. Hər iki tərəf qərara aldı ki, növbəti müzakirələr Xankəndi və Londonda keçirilsin".
Qeyd edək ki, bir müddət öncə Britaniya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılmışdı. Parlamentdə müzakirələr zamanı Azərbaycanın mövqeyinin yanlış olduğu bildirilmiş, üstəlik, ölkədə xristianlara qarşı münasibətdə dözümsülüyün olduğu söylənilmişdi.