“Ruhani adminsrtasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur” Dünya

“Ruhani adminsrtasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur”

İrana qarşı tətbiq olunan sanksiyalar fevralda keçiriləcək bu ölkənin parlamentində islahatçıların məğlub olmasına gətirə bilər. SEPAH və digər əlahiddə hərbi təyinatlı qruplar birbaşa Ruhani hökumətinin əleyhinədir. Onların hazırda əsas məqsədi Ruhanini istefaya göndərib, həbs etməklə ağır iqtisadi durumu onun admisntrasiyasının üzərinə yıxmaqdır. Amma, İran xalqı bu ağır iqtisadi vəziyyəti Ruhanidə deyil, bütövlükdə sistemdə görür.
Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bilıdirib.
Onun sözlərinə görə, Mötədil Ruhani adminsrtasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur. Ölkədə növbəti seçkilərdə mühafizəkarların hakimiyyətə gəlməsi mümkündür. Mühafizəkarların yenidən hakimiyyəti isə, Qərb-İran qarşıdurmasının pik nöqtəsi olar. Əgər, mühafizəkarlar qələbə çalarsa, ölkədə siyasi böhran dərinləşə, əhalinin kütləvi şəkildə ayaqlanmasının növbəti mərhələsi başlaması qaçılmaz olar.
Qeyd edim ki, İran siyasi elitası daxilində ciddi qarşıdurma yaşanır. Bu problemdən çıxmaq üçün qurban axtarılır. İqtisadiyyatın tənəzzülü, sanksiyaların ağırlaşdırılması rəsmi Tehranın güzəştə getməsinə səbəb olmur. Bu qədər dirənişin səbəbi əsasən, İslam inqilabını reallaşdıranların 40 ildir ki, hakimiyyətdə qalmasıdır.
İranla Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq yüksək səviyyədə normal olsa da, problemlər əsasən İran tərəfindən qayanaqlanır. Çünki, bu ölkənin Azərbaycana qarşı Ermənistnala sıx təmasları Bakıda ciddi narahatlıqla qarşılanır.
İran qonşu ölkədir və buarda baş verən siyasi katakalizmlər ölkəmizə müəyyən təsirləri qaçılmaz olar. Ona görə də biz İran ətrafında baş verənləri obyektiv qiymətləndirməli, Tehranla əməkdaşlığı bu müstəvidə qurmalıyıq. Qlobal dünya ilə qarşı-qarşıya gələn İrana münasibətdə real güclərin siyasətinə zidd addım atmamalıyıq. Bu gün İranla reallaşan iqtisadi müqavilələr heç də perspketiv vəd etmir. Tehran öz ideologiyasını regiona yaymaq və xalqları öz məzhəbsəl çətiri altına almaq üçün apardığı mübarizədə regional sabitliyi təhdid etməkdədir.