“Zorla torpaq qoparmaq beynəlxalq qanunların pozulmasdır” Dünya

“Zorla torpaq qoparmaq beynəlxalq qanunların pozulmasdır”

Öz müqəddəratını təyin, zorla torpaq qoparmaq və işğal altındakı torpaqların ilhaqı beynəlxalq qanunların pozulmasdır. Bu sözləri ABŞ-ın sabiq prezidenti Cim Karter ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq Sülh Planı adlandırılan “Əsrin müqaviləsi” haqda danışarkən deyib. Sabiq prezidentə görə, yeni ABŞ planı İsrail və Fələstin arasında ədalətli sülh gözləntilərini heçə endirir. Onun fikrincə, saziş tətbiq ediləcəyi təqdirdə uzun illərdir davam edən qarşıdurmalarda yeganə çıxış yolu olan iki dövlət anlayışlı sülhü təhlükəyə atacaq. Karterə görə, Trampın təqdim etdiyi sülh sazişində yer alan “Yəhudi milli dövləti” anlayışı əslində fələstinlilər və israillilər arasında bərabər hüquqluluğu pozan faktdır.