Türkiyənin sabiq generalı koronavirusdan öldü Dünya

Türkiyənin sabiq generalı koronavirusdan öldü

Türkiyənin sabiq komandanı Aytaç Yalman koronavirusdan dünyasını dəyişib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu barədə ölkə parlamentində çıxışı zamanı deyib.
Nazir bununla birlikdə Türkiyədə koronavirus qurbanlarının sayının 3 nəfərə çatdığını bildirib.
Qeyd edək ki, 80 yaşlı mərhum generalın həyat yoldaşı və yaxınlarının da koronavirus testi pozitiv çıxıb.
Xatırladaq ki, Türkiyədə indiyə qədər 191 nəfər COVİD-19 virusuna yoluxub.