BMT koronavirusla bağlı ilk qətnaməsini qəbul etdi Dünya

BMT koronavirusla bağlı ilk qətnaməsini qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası yeni tip koronavirusun yayılmasına qarşı qlobal həmrəylik və beynəlxalq əməkdaşlığın artırılması üçün çağırış edən qətnaməni yekdilliklə qəbul edib.
Qətnamə Norveç, İsveçrə, Sinqapur, İndoneziya, Lixtenşteyn, Qana tərəfindən hazırlanıb və 188 ölkə tərəfindən dəstəklənib.
Qeyd edək ki, sözügedən qərar BMT-nin koronavirusla bağlı ilk qətnaməsidir.