G-20-nin energetika nazirləri nə vaxt toplanacaq? Dünya

G-20-nin energetika nazirləri nə vaxt toplanacaq?

Səudiyyə Ərəbistanı, Rusiya və digər neft istehsalçıları neft qiymətlərinin azalmasının dayandırılması barədə razılığa gəlməyə çalışırlar.
Bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, razılaşma indiyə qədər ciddi çətinliklər ucbatından əldə edilməyib.
Agentlik qeyd edib ki, Moskva və Ər-Riyad “OPEK+”a Vaşinqtonun da qatılmasını arzulayır, amma Tramp hələlik razılaşmaya qatılmaq niyyətində deyil.
Bununla belə diplomatların aprelin 10-da ABŞ-ı neft razılaşmasına cəlb etmək üçün G-20 ölkələrinin energetika nazirlərinin görüşünü keçirməyə çalışdıqları bildirilib.