İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb
Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sistemləri işə salındı
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İranlı radikallar Azərbaycana qarşı yeni təxribat planına əl atıblar
7 Aprel 2020 13:08
1 946
"Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyada olduğu müddətdə hökumətə Xarici İşlər naziri Dominik Raab rəhbərlik edəcək".
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Hökumət Kabinetinin naziri Maykl Gov deyib.
"Baş Nazirin təyin etdiyi plana uyğun olaraq, ölkəni idarə edən şəxs Xarici İşlər naziri Dominik Raabdır", - deyə M. Gov bildirib.
O deyib ki, koronavirusla əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması və ya qaldırılması ilə bağlı hər hansı qərar olarsa, bu təxirə salınmayacaq.
B. Consonun səhhəti ilə bağlı sualı cavablandıran nazir M. Gov qeyd edib ki, Baş Nazir hələ də reanimasiyadadır. O, Baş Nazirə pnevmaniya diaqnozunun qoyulması barədə məlumatlı olmadığını vurğulayıb.
22:40
98
21:34
707
21:27
749