ABŞ tarixdə ilk dəfə bütün ştatlara federal vəsait ayıracaq Dünya

ABŞ tarixdə ilk dəfə bütün ştatlara federal vəsait ayıracaq

ABŞ Federal hakimiyyəti yeni koronavirusun yayılması fonunda, ölkə tarixində ilk dəfə olaraq bütün ştatlarda fövqəladə vəziyyət elan edib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, sözügedən rejim son olaraq Vayominq ştatında da tətbiq edilib.
Qeyd edək ki, Tramp tərəfindən fövqəladə vəziyyət bu il fevralın 15-də və martın 13-də elan edilsə də, bütün ştatları əhatə etmirdi.
ABŞ Prezidenti şənbə günü Fövqəladə Bəyannaməni təsdiqlədiyi bildirilib. Bəyannamə bütün ştatlara infeksiyanın yayılması ilə mübarizə üçün federal hökumətdən vəsait almağa imkan verir.
Fövqəladə vəziyyət hazırda ABŞ-ın bir sıra digər quru sərhəddi olmayan ərazilərində də qüvvədədir. Bunların arasında Vircin adaları, Şimali Mariana adaları Birliyi, Guam və Puerto Riko da var.
Euronews-un məlumatında isə Tramp epidemiya ilə mübarizə üçün 50 milyard dollara qədər büdcə ayrıldığını bildirib.
Xatırladaq ki, Cons Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da 522 mindən çox koronavirusa yoluxma, 20 min 200-dən çox ölüm qeydə alınıb.