Lavrov Rusiyanı sığortaladı Dünya

Lavrov Rusiyanı sığortaladı

"Ukrayna böhranının başlanmasından bu yana Qərb hər şey üçün Moskvanı praktik olaraq ittiham edir və həqiqət təhrif olunur".
Bu sözləri Qərbin bir-birinin ardınca Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları şərh edən bu ölkənin xarici işlər naziri Sergey Lavrov "El Rais" ispan nəşrinə deyib.
"Rusiyanın Ukraynadakı münaqişəyə hərbi müdaxiləsi barədə ittihamları ilk dəfə deyil ki səslənir. Münaqişənin lap əvvəlindən bizi praktik olaraq ittiham edirlər. Amma bizə heç vaxt faktlar təqdim olunmayıb. Sübutların olmaması, susmaq və həqiqətin təhrifi ABŞ və bir sıra Avropa ölkələrinin tipik xüsusiyyətidir. Bunlar artıq adi hal alıb", - müsahibədə S.Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Moskvada belə bəyanatlar informasiya müharibəsinin təzahürləri kimi qiymətləndirir.