
"Türkiyə erməni terrorçuları tərəfindən öldürülmüş diplomatların xatırlayır".
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, 1973-cü ildən 1984-cü ilədək ASALA terror təşkilatı türkiyəli diplomatlara qarşı terror aktları törədib:"Öz siyasi ambisiyaları üzündən Türkiyəyə düşmən münasibət bəsləyənlər dünya ictimaiyyəti qarşısında öz fəaliyyətini gizlədə bilmir".
O bildirib ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı tarixi arxivləri açmağa çağırsa da, onlar bu təklifi heç bir halda qəbul etmir.