Rusiyada son sutkada 10 699 nəfər koronavirusa yoluxub, 98 nəfər ölüb Dünya

Rusiyada son sutkada 10 699 nəfər koronavirusa yoluxub, 98 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 10 699 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, RusiyadA COVİD-19-a yoluxanların sayı 187 859 nəfərə çatıb.
Rusiyada son sutka ərzində 98 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1723 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 26 608 nəfərdir.