Paşinyanın babası faşistlərin tərəfində döyüşüb - SƏNƏDLƏR Dünya

Paşinyanın babası faşistlərin tərəfində döyüşüb - SƏNƏDLƏR

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə bir çox insanın sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına Ermənistanın Baş naziri Nikol Paşinyan da qoşulub.

Publika.az “İravunk.am” saytına istinadən xəbər verir ki, erməni ictimaiyyəti Baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni adı daşıyan babası 1943-cü ildə Qarehin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.

Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında yeni məlumat dərc olunub. Bildirilib ki, Enokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb.

Lakin Müdafiə Nazirliyinin bu təkzib məlumatı sosial şəbəkə istifadəçilərini qane etməyib. Nikol Paşinyanın babasının Nasist Almaniyasının tərəfdarı olduğu və səlahiyyətliləri barədə arxiv məlumatlarının saxtalaşdırılması barədə şərhlər seli Baş nazirin postunun altında davam edir.