Ermənistanda “inqilab” eksperimenti uğursuz olub Dünya

Ermənistanda “inqilab” eksperimenti uğursuz olub

“Bu gün Ermənistanın siyasi və dövlət sistemində mövcud olan boşluqlar barədə çox danışılır. Parlament idarəetmə formasına keçdikdən sonra müxtəlif siyasi xadimlər və qüvvələr arasında narahatçılıqlar var idi ki, konstitusiya və qanunlarla Ermənistan Baş nazirinin əlində əslində lazım olduğundan daha çox səlahiyyətlər toplanıb”.
Bu barədə Ermənistanın “Past” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Paşinyan 2018-ci ildə Baş nazir seçildiyi dövrdə hətta bildirib ki, Ermənistan Baş nazirinin əlində həddindən artıq səlahiyyətlər cəmləşib və digər dövlət institutlarından, xüsusilə də yalnız ofis işçisi statusu verilmiş prezident institutundan səlahiyyətlər biabırçı dərəcədə götürülüb.
Paşinyan vurğulayıb ki, super Baş nazir sistemi mövcud olmamalıdır. Lakin kifayət qədər maraqlı haldır ki, Paşinyan Baş nazir seçildikdən qısa müddət sonra öz mövqeyini dəyişməyə başlayıb.
Erməni politoloq Stepan Danielyan isə yazıb öz “Facebook” səhifəsində yazıb ki, irəli hərəkət etmək lazımdır, yerində döyməyin mənası nədir?.
Danielyan vurğulayıb ki, Ermənistanda “inqilab” eksperimenti uğursuz olub.
“Kimisə evə, kimisə məlum yerlərə göndərmək lazımdır, özlərini yaxşı nümayiş etdirənlər (özlərini düzgün aparanlar, öz sahələrində uğur qazananlar, qanunsuzluqlar etməyənlər, söyüş söyməyənlər) növbəti hökumətə daxil ola bilərlər”, - deyə erməni politoloq yazıb.