Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
Türk dünyasında media və informasiya təhlükəsizliyi müzakirə edilib – VİDEO
Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
20 May 2020 13:08
2 394
İranın Ali dini lideri Ayətullah Əli Xamenei İordan çayının Qərb sahilində əhalinin Qəzzadakı kimi silahlanmalı olduğunu deyib. “Anadolu” agentliyi bildirir ki, bu barədə Xamenei “Twitter” hesabında paylaşım edib. O qeyd edib ki, fələstinlilərin yaşadığı çətinlikləri azalda biləcək yeganə amil gücdür: “Güzəştə getmək bu qəsbkar quruluşun zalımlığını cüzi də olsa azaltmayacaq”.
Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib. Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas "Al-Cazirə" telekanalının birbaşa yayımında deyib: "Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır".