YAP-ın VIII qurultayına 960 nümayəndə seçilib, qurultay oktyabrın 2-də keçiriləcək
“ADEX-2026”-da TDT müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib - FOTO
ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir
3 İyun 2020 15:17
2 380
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın təşkil etdiyi koronavirusla bağlı “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
V. Putinin virtual formatda keçirilən konfransda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Dmitri Peskov jurnalistlərə məsləhət görüb ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlasınlar.
“Bu konfransda Rusiya ən yüksək səviyyədə təmsil olunmayacaq”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Kreml ötən həftə Britaniya Baş Naziri Boris Consonun Vladimir Putini konfransa dəvət etdiyini bildirib. Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti isə məlumat yayıb ki, iyunun 4-də keçiriləcək konfransda ölkəni Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək və o, konfransda çıxış edəcək.
Xatırladaq ki, iyunun 4-də keçirilməsi planlaşdırılan "Qlobal Peyvənd Sammiti 2020"də yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.